Super Liqada növbəti istefa
İdman
24.12.2024 14:48
Super Liqa təmsilçilərindən “Hatayspor” “Adana Dəmirspor”a (1:3) məğlubiyyətdən sonra baş məşqçisi Rıza Çalımbay ilə yollarını ayıracaq.
TodayPress “Sabah”a istinadən xəbər verir ki, buna komandanın çempionatdakı uğursuz çıxışı səbəb olub.
Mütəxəssis “Adana Dəmirspor” matçından sonra soyunub-geyinmə otağında futbolçularla vidalaşıb.
“Hatayspor”la 11 matça çıxan Çalımbay 1 qələbə, 5 heç-heçə və 5 məğlubiyyətlə yadda qalıb.
Namiq HUN
tag: Super Liqa,Hatayspor,Adana Dəmirspor,Sabah,todaypress.az,