Super Liqada İstanbul derbisi həyəcanı

İdman

28.10.2024 15:10

Bu gün futbol üzrə Türkiyə Super Liqasında növbəti İstanbul derbisi keçiriləcək. 

TodayPress xəbər verir ki, X tur çərçivəsində “Qalatasaray” “Beşiktaş”ı qəbul edəcək. 

Komandalar sonuncu dəfə Türkiyə Superkubokunda qarşılaşıblar. Avqustun 3-də baş tutan matçda “Beşiktaş”(5:0) qələbə qazanıb.

Super Liqada isə İstanbul təmsilçisləri arasındakı son görüş martın 3-də keçirilib. Matç “Qalatasaray”ın(1:0) qələbəsi ilə başa çatıb. 

Arda Kardeşlerin idarə edəcəyi “Rams Park” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Namiq HUN

tag: Türkiyə, Beşiktaş,Qalatasaray, Liqa, todaypress.az,