“Sumqayıt”ın revanşı baş tutmadı

İdman

01.08.2024 09:33

"Sumqayıt" futbol klubu avrokuboklarda növbəti oyununa çıxıb.

TodayPress xəbər verir ki, UEFA Konfrans Liqasında mübarizə aparan təmsilçimiz II təsnifat mərhələsinin cavab matçını keçirib.

“Sumqayıt” Macarıstanda "Fehervar"la qarşılaşıb. İlk matçda 1:2 hesabı ilə uduzan "Sumqayıt" səfərdə revanş almağa çalışıb. Amma “gənclik şəhəri” təmsilçisinin səyləri nəticəsiz qalıb. Cavab matçında qapılara qol vurulmayıb.

Qeyd edək ki, bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Zirə" səfərdə "Dunayska Streda", "Sabah" isə Bakıda Hayfa "Makkabi"si ilə qarşılaşacaq.

Namiq HUN

tag: Sumqayıt, Fehervar, UEFA, Macarıstan, Zirə, todaypress.az,