“Sumqayıt”da yeni müqavilə
“Sumqayıt” klubu pakistanlı futbolçusu İsa Sulimanla müqaviləni yeniləyib.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçinin mövsümün sonunda başa çatacaq müqaviləsi 2027-ci ilin iyuluna qədər uzadılıb.
Qeyd edək ki, 2023/2024 mövsümündən “Sumqayıt”da forma geyinən İsa Suliman 27 Premyer Liqa və 2 kubok matçında meydanda top qovub.
O, matçlarda 4 qol vurub.
Namiq HUN
tag: Sumqayıt,İsa Suliman,Müqavilə,Futbolçu,Todaypress.az,