“Sumqayıt” Samir Abasovla vidalaşdı
İdman
14.10.2024 11:26
Futbol üzrə Azərbaycan çempionatında baş məşqçi dəyişikliyi olub.
TodayPress xəbər verir ki, “Sumqayıt” klubu çalışdırıcısı Samir Abasovla yollarını ayırıb.
44 yaşlı mütəxəssis “Neftçi”nin baş məşqçisi təyin ediləcək.
Bakı klubu ilə əldə olunan razılıq və Samir Abasovun şəxsi istəyini nəzərə alan “Sumqayıt” rəhbərliyi onunla əməkdaşlığı başa çatdırıb.
Namiq HUN
tag: Samir Abasov ,Sumqayıt ,Neftçi, Çempionat ,Futbol, todaypress.az,