“Sumqayıt” qvineyalı futbolçunu transfer etdi

İdman

22.01.2025 03:22

Dövrələrarası fasilədə transferləri davam etdirən “Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Klubdan TodayPress verilən məlumata görə, “kimyaçılar” son olaraq Gürcüstanın “Torpedo” (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. Tibbi yoxlanışdan uğurla keçən 27 yaşlı futbolçu “Sumqayıt”ın heyətində 11 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Momo Yansane karyerası boyunca “Torpedo” ilə yanaşı “Nijni Novqorod” (Rusiya), “Şerif” (Moldova), “Riyeka” (Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.

 

tag: Sumqayıt, Futbolçu, Gürcüstan, Torpedo, Momo, Yansane, todaypress.az,