"Sumqayıt" klubunun şikayəti təmin olunmadı

İdman

24.12.2024 18:30

"Sumqayıt" klubunun apellyasiya şikayəti təmin edilməyib.

TodayPress xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Milli assosiasiyanın İntizam Komitəsinin Gənclər Liqasında “Sumqayıt” komandasının baş məşqçisi Kənan Hacıyevə verdiyi 5 oyunluq cəza qüvvədə saxlanılıb.

Qeyd edək ki, mütəxəssis “Zirə” ilə matçda hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətmişdi.

Namiq HUN

tag: AFFA ,Sumqayıt ,Şikayət ,Zirə, todaypress.az,