“Sumqayıt” hücum xəttini gücləndirəcək
İdman
09.01.2025 17:03
"Sumqayıt" klubu qış transfer dövründə hücum xəttini iki futbolçu ilə gücləndirəcək.
TodayPress xəbər verir ki, bu barədə klubun baş məşqçisi Vaqif Cavadov məlumat verib.
Mütəxəssis “kimyaçılar”ın ön xətt üçün iki oyunçu transfer edəcəklərini bildirib.
Qeyd edək ki, “Sumqayıt” yarımmüdafiəçilər - Fernando Medeyros və Rəhim Sadıxovla vidalaşıb.
Namiq HUN
tag: Sumqayıt ,Məşqçi ,Vaqif cavadov ,Klub, todaypress.az,