"Sumqayıt" "Fehervar"a qarşı

İdman

31.07.2024 09:11

"Sumqayıt" klubu bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

TodayPress xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi səfərdə Macarıstan "Fehervar"ı ilə qarşılaşacaq.

Bu komandalar arasında Sumqayıtda keçirilən ilk oyunda "Fehervar" 2:1 hesablı qələbə qazanıb.

"Fehervar" - "Sumqayıt" matçını isveçli baş hakim Kristoffer Karlsson idarə edəcək. 

"Arena Şoşto" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, "Fehervar" - "Sumqayıt" cütünün qalibi növbəti mərhələdə "Omoniya" (Kipr) - "Torpedo" Kutaisi (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. 

Namiq HUN

tag: Sumqayıt, UEFA, Fehervar, Omoniya, Bakı, todaypress.az,