“Sumqayıt” Cavadovla anlaşdı

İdman

08.01.2025 20:07

“Sumqayıt” futbol klubunun Müşahidə Şurasının iclasında komandanın ötən ilki çıxışı müzakirə olunub.

TodayPress xəbər verir ki, iclasda komandanın əldə etdiyi uğurlardan danışılıb.

Müşahidə Şurası komandanın müvəqqəti baş məşqçisi funksiyasını icra edən Vaqif Cavadovun işini bəyənib. Onunla daimi əsaslı müqavilə bağlanılması qərara alınıb. 

Vaqif Cavadov qarşıdakı 2,5 il müddətində “Sumqayıt”ın baş məşqçisi təyin olunub.

Namiq HUN

tag: Sumqayıt ,Müqavilə, Anlaşma ,Vaqif Cavadov ,todaypress.az,