Şumaxerin bolidi hərraca çıxarıldı

İdman

19.10.2024 14:25

"Ferrari" komandasının almaniyalı sabiq pilotu Mixael Şumaxerin dünya çempionatının son mövsümündə idarə etdiyi bolidi hərraca çıxarılıb.

TodayPress xəbər verir ki, “The Mirror” qəzeti məlumat yayıb.

Bolidin 15 milyon dollara satılacağı güman edilir. 

Şumaxer 2006-cı ildə yarışdığı bolidlə beş yarış qazanıb. 

Qeyd edək ki, 55 yaşlı Mixael Şumaxer “Formula 1” üzrə dünya çempionatlarında 7 dəfə çempionluq sevinci yaşayıb. Almaniyalı pilot 1996-2006-cı illərdə “Ferrari”nin şərəfini qoruyub və komanda ilə 5 titul qazanıb.

Namiq HUN

tag: Ferrari, Komanda, Hərrac, Formula 1, Mixael Şumaxer, todaypress.az,