Suma “Ludoqorets”lə anlaşdı
“Zirə” klubunun qvineyalı vingeri Salifu Suma Bolqarıstan təmsilçisi “Ludoqorets”dən təklif alıb.
TodayPress xəbər verir ki, bu barədə “AfrikaFoot” məlumat yayıb.
“Ludoqorets” 21 yaşlı futbolçunun “Zirə” ilə müqaviləsində nəzərdə tutulan 800 min avro məbləğində təzminatı ödəməyə razıdır. Tərəflər arasında danışıqlar başlayıb.
Bolqarıstan klubu Sumaya daha 1 il uzatmaq şərti ilə 3 illik müqavilə təklif edib.
Salifu Suma daha əvvəl Türkiyə və Rusiya klublarının da maraq dairəsində olub.
Futbolçunun keçidi maliyyə məsələləri səbəbindən baş tutmayıb.
Qeyd edək ki, Suma 2023-cü ilin avqust ayından “Zirə”də çıxış edir.
Onun “qartallar”la müqavilə müddəti 2027-ci il iyuluna qədərdir.
Namiq HUN
tag: Salifu Suma,Ludoqorets,Təklif,Transfer,Todaypress.az,