Süleymanova qısa proqramda 12-ci oldu
Fiqurlu konkisürmə üzrə “Bavariya Open” turnirində qadınların mübarizəsi start götürüb.
TodayPress xəbər verir ki, Almaniyanın Oberstdorf şəhərində keçirilən yarışda idmançılar əvvəlcə qısa proqramda çıxış ediblər.
Azərbaycan təmsilçisi Nərgiz Süleymanovanın çıxışı hakimlər tərəfindən 43,31 xalla qiymətləndirilib.
O, 17 iştirakçı arasında 12-ci yeri tutub.
Namiq HUN
tag: Təmsilçi,Almaniya,Bavariya Open,