Süleymanova “Bavariya Open”i ilk 10-luqda bitirdi

İdman

24.01.2025 13:10

Fiqurlu konkisürmə üzrə “Bavariya Open” turniri davam edir. 

TodayPress xəbər verir ki, Almaniyanın Oberstdorf şəhərində keçirilən yarışda qadınların mübarizəsinə yekun vurulub. 

Azərbaycan təmsilçisi Nərgiz Süleymanovanın sərbəst proqramda çıxışı hakimlər tərəfindən 95,70 xalla qiymətləndirilib.

O, 17 iştirakçı arasında 7-ci yeri tutub.  Nərgiz həm qısa, həm də sərbəst proqramın cəmində 139,01 xal toplayıb. 

Nəticədə o, “Bavariya Open” turnirini 8-ci yerdə başa vurub. 

Namiq HUN

tag: Bavariya,Turnir,İştirak,Nəticə,Todaypress.az,