Süleymanlı Veyk-an-Zee turnirində

İdman

17.01.2025 13:15

Sabah Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Chess” beynəlxalq şahmat turniri start götürəcək.

TodayPress xəbər verir ki, “Challengers” turnirində Azərbaycanı qrossmeyster Aydın Süleymanlı təmsil edəcək.

Süleymanlı dairəvi system üzrə keçiriləcək turnirdə Vaişali Rameşbabu, Divya Deşmux (hər ikisi Hindistan), Nodirbek Yakubboev (Özbəkistan), Bencamin Bok, Ervin L'Ami, Artur Peipers (hamısı Niderland), Dominik Svayn (Almaniya), Tay Nquyen (Vyetnam), Ediz Gürel (Türkiyə), Kazıbek Nogerbek (Qazaxıstan), Faustino Oro (Argentina), Liu Miayu (Çin) və İrina Bulmaqa (Rumıniya) ilə qarşılaşacaq.

Namiq HUN

tag: Şahmat, Aydın Süleymanlı, Turnir, Niderland ,todaypress.az,