Süleymanlı Moskva turnirində at oynadacaq
Aydın Süleymanlı martın 1-dən 6-dək Moskvada keçiriləcək “Aeroflot Open” beynəlxalq turnirində çıxış edəcək.
TodayPress xəbər verir ki, Süleymanlı turnirin mükafatları uğrunda 38-i qrossmeyster olan 127 şahmatçı ilə birgə mübarizə aparacaq.
Aydının 9-cu olduğu yarışın reytinq fovariti rusiyalı Daniil Dubovdur.
Qeyd edək ki, şahmatçımız bundan əvvəl “Aeroflot Open”in qalibi olub.
Namiq HUN
tag: Aydın Süleymanlı,Moskva,Aeroflot Open,Daniil Dubov,todaypress.az,