Süleymanlı liderdən yarım xal geri qalır
İdman
21.01.2025 12:28
Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Chess” beynəlxalq şahmat turniri davam edir.
TodayPress xəbər verir ki, Aydın Süleymanlı “Challengers” yarışının üçüncü turunda ilk qələbəsini qazanıb.
O, hindistanlı Divya Deşmuxa qalib gəlib. Süleymanlı əvvəlki oyun günlərində niderlandlı şahmatçılar Artur Paypers və Bencamin Bok ilə heç-heçə oynayıb. Qeyd edək ki, 3 turdan sonra şahmatçımızın iki xalı var. Süleymanlı liderlərdən yarım xal geri qalaraq dördüncü yerdədir.
Namiq HUN
tag: Aydın Süleymanlı,Veyk-an-Zee ,Turnir,Xal,Todaypress.az,