Süleymanlı “Challengers”in liderlər qrupunda yarışır
Niderlandın Veyk-an-Zee şəhərində bir günlük fasilədən sonra “Tata Steel Chess” turniri davam edir.
TodayPress xəbər verir ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı “Challengers” yarışının IX turunda çinli Lu Miaoyi ilə heç-heçə oynayıb.
Hesabında üç qələbə olan Süleymanlı 5,5 xal toplayıb və 4-cü yerdədir. O, turnirin lideri Tay Nquyendən (Çexiya) bir xal geri qalır.
Namiq HUN
tag: Niderland,Tata Steel Chess,Turnir,Süleymanlı,Todaypress.az,