Süleymanlı “Challengers”də qələbələrini sıralayır

İdman

01.02.2025 11:56

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turniri davam edir. 

TodayPress xəbər verir ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı turnirdə beşinci qələbəsini qazanıb.   

Qrossmeyster “Challengers” yarışının 11-ci turunda İddiaçılar turnirinin iştirakçısı olmuş hindistanlı Vaişali Rameşbabuya qalib gəlib. 

Süleymanlı, 7,5 xal toplayaraq üçüncü yerdədir. Aydın lider Ervin L'Amidən yarım xal geri qalır. 

Namiq HUN

tag: Niderland,Aydın Süleymanlı,Challengers,Tata Steel Chess,Turnir,Todaypress.az,