Süleymanlı “Challengers” turnirində ikinci oldu

İdman

03.02.2025 08:57

Şahmat üzrə Niderlandın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” turniri başa çatıb. 

TodayPress xəbər verir ki, “Challengers” turnirində Azərbaycanı təmsil edən Aydın Süleymanlı ikinci yeri tutub.   

Qrossmeyster yarışın son turunda rumıniyalı İrina Bulmaqaya qalib gəlib.   

13 turdan sonra 9,5 xal toplayan şahmatçımız çexiyalı Tay Nquenlə 1-2-ci yerləri bölüşdürüb. Süleymanlı əlavə göstəricilərə görə ikinci olub. 

Qeyd edək ki, “Challengers” turnirində yeddi qələbə qazanan Aydın beş oyunda heç-heçə edib və yalnız bir dəfə uduzub.   

Namiq HUN

tag: Şahmat,Niderland,Turnir,Tata Steel Chess,Todaypress.az,