Süleymanlı adını liderlər qrupuna yazdırdı
İdman
27.01.2025 13:20
Niderlandda “Tata Steel Chess” turniri davam edir.
TodayPress xəbər verir ki, Veyk-an-Zee şəhərində təşkil olunan “Challengers” yarışının VIII turunda Aydın Süleymanlı Fransisko Oro (Argentina) üzərində qələbə qazanıb.
Uğurlu çıxışı sayəsində üçüncü rəqibini məğlub edən qrossmeysterimiz xallarını 5-ə yüksəldərək ilk üçlükdə yer alıb.
Süleymanlı “Challengers”in lideri Tay Nquyendən (Çexiya) bir xal geri qalır.
Namiq HUN
tag: Niderland,Aydın Sülüymanlı,Xal,Tur,Todaypress.az,