Sudanlı sprinter həyatını itirdi
Atletika üzrə dünya çempionu Abubaker Kaki artilleriya hücumu nəticəsində həlak olub.
TodayPress “Sudafax”a istinadən xəbər verir ki, hadisə atletin Əl Faşirdəki evində baş verib.
Evinə minaatan mərmi düşən Kaki dərhal ölüb, ailə üzvlərindən bir neçəsi isə yaralanıb.
Qeyd edək ki, 35 yaşlı sudanlı sprinter iki dəfə (2008, 2010) qapalı məkanda keçirilən dünya çempionatının qalibi olub. Abubaker 2008-ci ildə 18 yaşında ikən turnirin ən gənc qalibi adını qazanıb.
O, 2011-ci il mundialında 800 metr məsafəyə qaçışda gümüş medala sahib çıxıb.
Namiq HUN
tag: Sudan,Atlet,Ölüm,İdman,Todaypress.az,