Suares yenə ova çıxdı
“İnter Mayami” klubunun hücumçusu Luis Suares KONKAKAF Çempionlar Kubokunun 1/4 finalında “Los Anceles”lə cavab matçında (3:1) komanda yoldaşı Xordi Albanı dişləyib.
TodayPress “Marca” nəşrinə istinadən xəbər verir ki, hadisə iki komandanın futbolçuları arasında düşən dava zamanı baş verib.
Uruqvaylı forvard yaranmış qarışıqlıqda komanda yoldaşının barmağını dişləyib.
Qeyd edək ki, Alba Suaresin ilk şikarı deyil. Hücumçunun meydanda futbolçuları dişləməsi ilə bağlı bir neçə fakt var. O, 2010-cu ildə Otman Bakkalı, üç il sonra Branislav İvanoviçi, 2014-cü ildə isə Corcio Kyellinini “dişinə keçirib”.
Namiq HUN
tag: Oyun ,Top ,İnter,Futbol ,Todaypress.az,