Suares intihar etmək istəyən şəxsi xilas etdi
İdman
06.01.2025 11:08
ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Luis Suares təqdirəlayiq addım atıb.
TodayPress xarici mətbuata istinadən xəbər verir ki, hücumçu Uruqvayın Syudad de la Kosta şəhərində intihar etməyə cəhd göstərən kişini xilas edib.
Laqomar bölgəsində tətildə olan Suares ailə probleminə görə həyatına qəsd etmək qərarına gələn 49 yaşlı şəxsin köməyinə çatıb.
37 yaşlı futbolçu intihara cəhd edən adamla danışdıqdan sonra onu fikrindən daşındırıb.
Namiq HUN
tag: Suares ,Qəsd, Futbolçu ,Xilas ,todaypress.az,