Suares “İnter Mayami” ilə bağlı qərar verdi
Uruqvaylı futbolçu Luis Suares "İnter Mayami"də qalmaq istədiyini açıqlayıb.
TodayPress xəbər verir ki, forvard artıq klubla danışıqlara start verib. Ulduz futbolçu hüquqşünasına işlərə başlaması ilə bağlı göstəriş verib.
37 yaşlı futbolçu fiziki cəhətdən özünü yaxşı hiss etdiyini bildirib.
Qeyd edək ki, Luis Suaresin "İnter Mayami" ilə müqaviləsi ilin sonunda bitəcək.
Namiq HUN
tag: Uruqvay, Luis Suares, İnter Mayami, Forvard, Müqavilə, todaypress.az,