“Ştutqart”ın qvineyalı ulduzu "Borussiya"da
İdman
19.07.2024 14:46
Almaniyanın "Borussiya" klubu hücum xəttini gücləndirib.
TodayPress xəbər verir ki, Dortmund təmsilçisi "Ştutqart"dan Seru Qirassini transfer edib.
"Sari-qaralar" forvardla 2028-ci ilin yayına kimi müqavilə imzalayıb. Qirassinin transferi "Borussiya"ya 17,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, qvineyalı futbolçu 2022-ci ilim yayından "Ştutqart"da top qovurdu. O, ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 30 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Almaniya, Borussiya, Ştutqart, Seru Qirassi, Bundesliqa, todaypress.az,