Ştutqartda fransalı azarkeşlər saxlanıldı

İdman

29.01.2025 14:58

PSJ klubunun 59 azarkeşi Almaniyada saxlanılıb.   

TodayPress "RCM Sport"a istinadla xəbər verir ki, fransalı azarkeşlərin nəzarətə götürülməsi UEFA Çempionlar Liqasında "Ştutqart"a qarşı keçiriləcək Liqa mərhələsinin VIII turunun oyunundan əvvəl baş verib. 

Səbəb matç ərəfəsində komandaların fanatları arasında yaşanan gərginlikdir.

Faciənin baş verməməsi üçün 59 tərəfdar saxlanılıb. 

Qeyd edək ki, "Ştutqart" - PSJ matçı bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.   

Namiq HUN

tag: PSJ,matç ,Bakı ,UEFA,Todaypress.az,