Striklend fanatını nokaut etdi
Keçmiş UFC çempionu Şon Striklend fanatını nokaut edib.
TodayPress xəbər verir ki, o, Avstraliyada keçirilən turnir öncəsi açıq məşq zamanı döyüşüb.
Striklendin pərəstişkarları bunu “revanş” döyüşü adlandırıblar. Belə ki, amerikalının Drikus Dyu Plessiyə qarşı ilk döyüşündən əvvəl də eyni azarkeş Şona qarşı özünü sınamaq üçün könüllü sparrinq rəqib olmuşdu.
“Revanş” döyüşü zamanı Striklend fanatını nokauta göndərib.
Qeyd edək ki, Striklend ilk döyüşdə hakimlərin yekdil olmayan qərarı ilə Plessisə məğlub olub. Həftə sonu UFC 312 turnirində onların orta çəkidə çempionluq uğrunda revanş görüşü baş tutacaq.
Namiq HUN
tag: UFC,Çempion,Şon Striklend,Avstraliya,İdman,Todaypress.az,