Stolüstü tennisdə dünya rekordu yeniləndi

İdman

04.11.2024 15:33

İsveçli stolüstü tennisçilər Fredrik Nilsson və Emil Ulsson 13 saat 37 dəqiqə 6 saniyə oynamaqla yeni dünya rekorduna imza atıblar.

TodayPress TT agentliyinə istinadən xəbər verir ki, səhər tezdən axşam saatlarınadək davam edən matç, 13 saat 36 dəqiqəlik əvvəlki dünya rekordunu yeniləyib.

Stolüstü tennisçilər yalnız yeni rekord müəyyənləşdikdən bir dəqiqə sonra görüşü bitiriblər.

Qeyd edək ki, İsveç çempionatının ikinci divizionunda çıxış edən idmançılar stolüstü tennisdə ən uzun oyunun müəllifləri kimi "Ginnesin Rekordlar Kitabı"na düşməyi planlaşdırırlar.

Namiq HUN

tag: Tennis, Rekord, Fredrik Nilsson,Emil Ulsson,İsveç, todaypress.az,