Stolüstü tennisçimiz bürünc medal qazandı
Azərbaycanlı
stolüstü tennisçi Onur Quluzadə beynəlxalq yarışın mükafatını qazanıb.
TodayPress xəbər verir ki, o,
Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində bürünc mükafata sahib
çıxıb.
U17
kateqoriyasında yarışan Onur inamlı oyun sayəsində yarımfinala yüksəlsə də, bu
mərhələdə dünya birinciliyinin mükafatçısı Benyamin Faraciyə (İran) 2:3 hesabı
ilə uduzaraq üçüncü yerlə kifayətlənib.
Qeyd edək ki,
Onur Quluzadə ilə Yağmur Məmmədli sabah U15 kateqoriyasının qarışıq-qoşa
mübarizəsində final görüşunə çıxacaq. Nevşehirdə keçirilən yarışa fevralın
15-də yekun vurulacaq.
tag: Azərbaycan, Tennis, U17, Stolüstü, Bürünc,todaypress.az,