Stolüstü tennisçimiz beynəlxalq turnirin qalibi oldu - FOTO

İdman

28.09.2024 08:42

Gürcüstanda stolüstü tennis üzrə “WTT Youth Contender” turniri keçirilir. 

TodayPress xəbər verir ki, Azərbaycan idmançıları Batumi turnirinin mükafatlarını qazanıblar. 

Onur Quluzadə yeniyetmələr arasında fərdi yarışlarda beynəlxalq turnirin qalibi olub. 

Yağmur Məmmədli isə 13 yaşadək idmançıların şəxsi mübarizəsində 3-cü yerə layiq görülüb.

Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi isə qarışıq qoşa yarışlarda etimadı doğruldub. 16 yaşlı idmançılar U-19 yaş dərəcəsində Batumi turnirində üçüncü yeri tutublar. 

Qeyd edək ki, 11 ölkə stolüstü tennisçilərinin qatıldığı beynəlxalq yarış sentyabrın 29-da başa çatacaq. 

Namiq HUN

tag: Onur Quluzadə ,Yağmur Məmmədli ,Batumi, Turnir ,Tennis ,todaypress.az,

photo
photo