Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı oldu

İdman

25.04.2025 22:20

10

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “WTT Youth Contender” turnirinin mükafatçısı olub.

TodayPress xəbər verir ki, qrup mərhələsində yerli idmançı Nidal Basiç və almaniyalı Pol Flemminq üzərində inamlı qələbələrlə növbəti mərhələyə lider kimi adlayan Onur 1/16 finalda Rumıniya təmsilçisi Raul Kreuçunu, ardınca Almaniya idmançısı Tien Nhia Ponqu məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib.

Finala çıxış uğrunda görüşdə isə daha bir almaniyalı rəqibi Lukas Vanqa 2:3 hesabı ilə uduzan Onur Quluzadə yarışın bürünc medalını qazanıb.

tag: Stolüstü,Azərbaycan, Tennisçi, Bosniya, İdmançı, todaypress.az,