Stolüstü tennisçilərimiz Türkiyədə keçirilən turnirin qızıl medalını qazandılar

İdman

14.02.2025 21:58

1196

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirinin qızıl medalını qazanıblar.

TodayPress xəbər verir ki, Onur Quluzadə ilə Yağmur Məmmədli U-15 kateqoriyasında qarışıq-qoşa mübarizəsinin final görüşündə yerli idmançılara 3:2 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafat qazanmışdı.

tag: Azərbaycan, Stolüstü Tennis, Türkiyə, U-15, Bürünc, Medal, Qızıl, todaypress.az,