Stolüstü tennisçilər Riqa turnirində 9 medal qazandılar

İdman

28.10.2024 12:30

Latviyanın paytaxtı Riqada “Riga City Council’s Youth Cup” beynəlxalq turnirinə yekun vurulub. 

TodayPress xəbər verir ki, yarışın son günlərində komandamız  aktivinə daha 7 medal yazdırıb. 

Şəbnəm Mansurova U-15 yaş dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin yaş qrupunda ilk üçlüyü Onur Quluzadə və Yağmur Məmmədli təşkil ediblər. 

U-19 yaş dərəcəsində keçirilən yarışlara da qatılan Onur Quluzadə, Tunar Bağırov, Şəbnəm Mansurova və Yağmur Məmmədli üçuncülüklə kifayətlənib. 

Xatırladaq ki, “Riga City Council’s Youth Cup” beynəlxalq turnirinin ilk günündə Onur Quluzadə ilə Yağmur Məmmədli U-13 yaş dərəcəsində baş mükafata layiq görülüb. 

Stolüstü tennisçilər ümumi hesabda Riqa turnirini 3 qızıl, 1 gümüş və 5 bürünc medalla başa vurublar.

Namiq HUN

tag: Latviya, Riqa, Şəbnəm Mansurova, Onur Quluzadə, U-19, todaypress.az,