Stolüstü tennisçilər beynəlxalq yarışı 3 medalla başa vurdular
Türkiyənin Nevşehir şəhərində təşkil olunan “WTT Youth Contender” turnirinə yekun vurulub.
TodayPress xəbər verir ki, yarışın son günündə U15 kateqoriyasının şəxsi turnirində mübarizə aparan Onur Quluzadə komandamızın aktivinə daha bir medal yazdırıb.
Yarımfinalda Türkiyə təmsilçisi Kenan Kahramanla qarşılaşan Onur gərgin keçən görüşdə 2:3 hesabı ilə uduzaraq bürünc mukafatla kifayətlənib.
Xatırladaq ki, Onur Quluzadə turnirin U17 kateqoriyasında da fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Qarışıq-qoşa yarışda isə Onur Quluzadə ilə Yağmur Məmmədli tandemi U15 kateqoriyasında “WTT Youth Contender” turnirinin baş mükafatına sahib çıxıb.
Namiq HUN
tag: Türkiyə,Nevşehir ,U15 ,WTT Youth Contender, Onur Quluzadə,todaypress.az,