Stiven Cerrard “Əl-İttifaq”dan ayrıldı
İdman
30.01.2025 18:00
Stiven Cerrard “Əl-İttifaq” klubunun baş məşqçisi postunu tərk edib.
TodayPress Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Cerrard, 2023-cü ilin iyulundan rəhbərlik etdiyi klubda ilyarım keçirib.
Qeyd edək ki, “Əl-İttifaq” Stiven Cerrardın rəhbərliyi altında baş tutan 55 oyunda 19 qələbə qazanıb, 16 heç-heçə edib və 20 dəfə məğlub olub.
Namiq HUN
tag: Stiven Cerrard,Əl-İttifaq,Klub,Baş Məşqçi,Səudiyyə Ərəbistanı,todaypress.az,