Sterlinq karyerasını "Arsenal"da davam etdirəcək

İdman

31.08.2024 11:34

İngiltərənin "Arsenal" klubu "Çelsi"nin futbolçusu Rahim Sterlinqi transfer edib.

TodayPress xəbər verir ki, ingiltərəli futbolçu 2024/2025 mövsümünün sonuna kimi "Arsenal"da icarə əsasında çıxış edəcək.

Ötən mövsüm Sterlinq bütün yarışlarda 43 matça çıxıb. O, bu görüşlərdə 10 qol vurub və 8 məhsuldar ötürmə verib. Rahim Sterlinqin "Çelsi" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Namiq HUN

tag: Arsenal,Çelsi, Rahim Sterlinq, Müqavilə, Yarış, todaypress.az,