Sterlinq Çempionlar Liqasında tarix yazdı
İdman
20.09.2024 10:49
"Arsenal" klubunun üzvü Rahim Sterlinq UEFA Çempionlar Liqasında dörd fərqli komandada oynayan ilk ingiltərəli futbolçu olub.
TodayPress xəbər verir ki, yarımmüdafiəçi buna Liqa mərhələsinin I turunda İtaliya təmsilçisi "Atalanta"ya qarşı oyunda nail olub.
Sterlinq "Arsenal"a qədər "Liverpul", "Mançester Siti" və "Çelsi" klublarının da heyətində Avropanın ən nüfuzlu turnirində çıxış edib.
Namiq HUN
tag: Arsenal ,Liverpul ,Mançester Siti ,Çelsi, Avropa, todaypress.az,