Stefen Karri NBA-da tarix yazdı
"Qolden Steyt Uorriors" klubunun ulduz oyunçusu və ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu Stefen Karri nadir nailiyyət əldə edib.
TodayPress xəbər verir ki, amerikalı basketbolçunun “Sakramento Kinqs” ilə matçda üç xallıq atışı onun karyerasında 4000-ci olub.
Bu NBA-da bir ilkdir. Tarixdə heç bir basketbolçu uğurlu üçlü atışların sayında belə bir həddə çatmayıb.
NBA-da bu göstəricidə ikinci basketbolçu “Los-Anceles Klippers”də çıxış edən amerikalı Ceyms Hardendir. Onun hesabında 3127 uğurlu üç xallıq atış var.
Qeyd edək ki, “Qolden Steyt Uorriors” – “Sakramento Kinqs” oyunu (130:104) San-Fransisko təmsilçisinin qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: Todaypress,Stephen Curry,Basketbol,NBA,Todaypress.az,