“Srvena Zvezda” Juninyoya təklif göndərdi
İdman
19.12.2024 15:05
“Qarabağ”ın futbolçusu Olavio Juninyo Avropanın daha bir klubunun maraq dairəsinə düşüb.
TodayPress xəbər verir ki, “Sevilya”nın ardınca, “Srvena Zvezda” da braziliyalı hücumçunu heyətinə qatmaq üçün mübarizəyə qoşulub.
Serbiya təmsilçisi artıq “Qarabağ” və Olavio ilə danışıqlara start verib.
Ağdam təmsilçisi transferdən daha çox qazanmaq üçün təklifləri nəzərdən keçirir.
Juninyo Pireney yarımadasında oynamağa üstünlük verir. İlkin təklifi qəbul olunmayan “Sevilya” məhz futbolçunun istəyinin onlara kömək edəcəyi qənaətindədir.
Qeyd edək ki, Juninyo Premyer Liqada keçirdiyi 47 oyunda 23 qol vurub.
Namiq HUN
tag: Juninyo, Təklif ,Sevilya, Qol,todaypress.az,