"Sportinq" "İnter"dən CAS-a şikayət etdi
Portuqaliyanın "Sportinq" futbol klubu "İnter"dən 30 milyon avro təzminat tələb edir.
TodayPress xəbər verir ki, buna səbəb vaxtı ilə "ağ-yaşıllar"dan Milan təmsilçisinə transfer olunan Joau Mariodur.
Yarımmüdafiəçinin müqaviləsində başqa Portuqaliya klubuna transfer olunacağı təqdirdə "Sportinq"ə 30 milyon avro ödənilməsi bəndi var. 2021-ci ildə futbolçu "İnter"i "Benfika"ya dəyişsə də, “neradzurre” bu təzminatı ödəməkdən imtina edib.
Səbəb Joau Marionun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilməsidir. 31 yaşlı futbolçu "Benfika"ya azad agent kimi keçib.
"Sportinq" təzminatın ödənilməsi üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Namiq HUN
tag: Portuqaliya, Sportinq, İnter ,Milan, Benfika, todaypress.az,