“Sportinq” Borgeslə anlaşdı
İdman
26.12.2024 12:00
“Sportinq” klubunun yeni baş məşqçisi məlum olub.
TodayPress “A Bola”ya istinadən xəbər verir ki, Lissabon təmsilçisini Rui Borges çalışdıracaq.
43 yaşlı mütəxəssis lə müqavilə imzalanacağı bildirilib.
Portuqaliyanın “Vitoriya” klubunun çalışdırıcısı ilkin olaraq mövsümün sonuna qədər olan sözləşməyə qol çəkəcək. Bu keçid üçün “Sportinq” klubu “Vitoriya”ya 4 milyon avro ödəməli olacaq.
Borgesin Gimanaynş təmsilçisi ilə 2026-cı ilin iyununa qədər müqaviləsi var.
Xatırladaq ki, Ruben Amorim “Sportinq”i tərk edərək “Mançester Yunayted”in baş məşqçisi təyin edildikdən sonra komandanı Joao Pereyra çalışdırıb. O, uğursuz fəaliyyətinə görə, qısa müddətdən sonra komandadan qovulub.
Namiq HUN
tag: Sportinq ,Müqavilə, Komanda, Joao Pereyra, todaypress.az,