“Spartak” Fernandeşi hədəfə aldı
Rusiyanın “Spartak” klubu “Beşiktaş”ın yarımmüdafiəçisi Jedson Fernandeşi heyətində görmək istəyir.
TodayPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, Moskva təmsilçisi 26 yaşlı futbolçunun keçidi üçün 25 milyon avro ödəməyə hazırdır.
Hazırda klublar arasında danışıqlar gedir.
Qeyd edək ki, Jedson Fernandeş 2022-ci ilin yayından “Beşiktaş”a keçib. O, ötən müddət ərzində meydan çıxdığı 114 matçda 14 qol vurub və 15 məhsuldar ötürmə edib.
Portuqaliyalı yarımmüdafiəçinin “Beşiktaş”la müqaviləsi 2027-ci ilin yayına kimidir.
Namiq HUN
tag: Rusiya,Spartak,Beşiktaş,Jedson Fernandeş,