Şpaqaçımız Gimnaziadanın bürünc medalını təmin etdi
Serbiyada Gimnaziada İdman Oyunları davam edir.
TodayPress xəbər verir ki, qılıncoynadanların turnirində şpaqaçılar mübarizəyə qoşulub.
Milli üzvlərindən Mirnuray Abasova 1/4 finalda rumıniyalı Arianan Georgiana Covaci ilə üz-üzə gəlib.
Görüşdə üstünlüyünü qoruyan şpaqaçımız rəqibini 15:10 hesabı ilə məğlub edərək yarımfinala yüksəlməklə özü üçün multi-idman oyunlarının bürünc medalını təmin edib.
Digər qılıncoynadanlarımızdan Aydan Atakişiyeva 1/8, Esnat Mirzəyeva isə 1/4 finalda uduzub.
Qeyd edək ki, Azərbaycan millisi yarışın ilk günündə 11 medal qazanıb.
Namiq HUN
tag: Azərbaycan,Qılıncoynatma,Serbiya,Medal,Todaypress.az,