Şpaqaçımız Gimnaziadada qızıl medal qazandı

İdman

07.04.2025 17:54

13

Azərbaycan millisi Serbiyada ISF U15 Gimnaziada İdman Oyunlarında növbəti qızıl medalını qazanıb.   

TodayPress xəbər verir ki, multi-idman oyunlarının baş mükafatını komandamıza şpaqaçı Mirnuray Abasova qazandırıb. 

O, yarımfinalda serbiyalı Una Petkoviçi 15:11 hesabı ilə məğlub edib. Finalda isə Abasova eyni hesabla çinli Ju Şiyinə qalib gəlib.   

Qeyd edək ki, Azərbaycan komandasının Gimnaziadada mükafat sayı 12-yə yüksəlib.

Millimiz yarışda daha əvvəl 2 qızıl, 3 gümüş və 6 bürünc medal əldə edib.   

Namiq HUN

tag: Azərbaycan,Qılıncoynatma,Turnir,Qızıl,Medal,Todaypress.az,