Şotlandiya - İsveçrə matçı 1 : 1 hesabla yekunlaşdı

İdman

20.06.2024 01:20

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

TodayPress xəbər verir ki, A qrupunun ikinci görüşündə Şotlandiya və İsveçrə yığmaları üz-üzə gəlib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Şotlandiya seçməsində Skott Mktominay, İsveçrənin heyətində isə Cerdan Şakiri fərqləniblər.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran İsveçrə millisi ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 6 xalla Almaniya başçılıq edir.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

tag: Şotlandiya, İsveçrə, Avropa çempionatı, Turnir cədvəli, todaypress.az,