Şotlandiya Avropa çempionatı ilə vidalaşdı
A qrupunun son turu pley-offa vəsiqə uğrunda mübarizə aparan Şotlandiya və Macarıstan komandaları üçün də önəmli idi.
TodayPress xəbər verir ki, Macarıstan yığması 1/8 finala yüksəlmək üçün şotlandları layiqli top fərqi ilə məğlub etməli idi. Amma macarlar Ştutqart qarşılaşmasını 1:0 hesabı ilə qazandılar. Oyunun son, 10-cu artırma dəqiqəsində hücumçu Kevin Çobotanın vurduğu qol Macarıstan millisini qrup üçüncüsü etsə də, böyük ehtimalla pley-offa yüksəlməyə bəs etməyəcək. Stiv Klarkın komandası isə 1 xalla qrupda sonuncu yeri tutaraq turnirdəki çıxışını başa vurdu.
Namiq HUN
tag: Şotlandiya, Avropa, Çempionat, Macarıstan, todaypress.az,