SORĞU: Avro-2024 almanlara nə qədər maraqlıdır?
İdman
06.06.2024 11:09
Almanların 27%-i Avro-2024-ə maraq göstərmir.
TodayPress xəbər verir ki, sorğunun nəticələrinə görə sakinlərin 48%-i Avropa çempionatına maraq göstərir, 28%-nin isə daha az maraqlandığı bildirilir.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Turnirin final mərhələsində 24 komandanın qarşılaşmaları 10 müxtəlif şəhərin 10 stadionunda baş tutacaq. Almaniya millisi İsveçrə, Macarıstan və Şotlandiya komandaları ilə birgə A qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, Bundestim 6 dəfə Avropa çempionatının finalına çıxıb və bunun üçündə qalib gəlib. Avropa çempionatının hazırkı qalibi finalda İngiltərə yığmasına 1:1 (3:2 penaltilər) hesabı ilə qalib gələn İtaliya komandasıdır.
Namiq HUN
tag: Avro, Alman, Çempionat, Bundestim, todaypress.az,