Sonq CAR yığmasını çalışdıracaq
İdman
16.01.2025 09:38
Əfsanəvi kamerunlu futbolçu Riqober Sonq Cənubi Afrika Respublikasının (CAR) milli komandasının baş məşqçisi təyin edilib.
TodayPress xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
Onun qarşısında komandanı dünya çempionatına yüksəltmək vəzifəsi qoyulub.
Cənubi Afrika millisi Afrika seçmə zonasında keçirdiyi 4 oyundan sonra 4 xal toplayıb. Qrupda daha 6 oyun keçirəcək CAR millisinin əsas hədəfi mundialın final mərhələsinə vəsiqə qazanmaqdır.
Qeyd edək ki, Sonqun son iş yeri Kamerun millisi olub. 2024-cü ildə Afrika Kubokunun 1/8 final mərhələsində Nigeriyaya 0:2 hesablı məğlubiyyətdən sonra o, istefaya göndərilmişdi.
Xatırladaq ki, Riqober Sonq Kamerun futbolu tarixinin ən məşhur simalarından biridir. O, milli komandanın heyətində 137 oyun keçirib, 4 dünya çempionatında iştirak edib və 2 dəfə Afrika kubokunun qalibi olub.
Namiq HUN
tag: Afrika, Milli, Məşhur, Hesab, todaypress.az,