Son 35 ilin ən uğursuz nəticəsi
İdman
08.10.2024 03:00
İngiltərə Premyer Liqasında ən uğursuz start qeydə alınıb.
TodayPress xəbər verir ki, “Mançester Yunayted” futbol klubu növbəti antirekorda imza atıb.
"Qırmızı şeytanlar" cari mövsüm 2 qələbə qazanıb, 2 heç-heçə edib və 3 məğlubiyyətlə barışıb.
Qazanılan 8 xal "Mançester Yunayted"in ilk 7 turda 7 xal topladığı 1989-90 mövsümündən bəri ən pis göstəricisidir.
Qeyd edək ki, həmin mövsüm Aleks Ferqyusonun rəhbərliyi altında 14-cü olan “Mançester Yunayted” klubunun ən pis nəticəsi kimi tarixdə qalıb.
Namiq HUN
tag: İngiltərə,Premyer Liqa,Mançester Yunayted,Qırmızı şeytanlar,Aleks Ferqyuso,todaypress.az,